Dünya futbol tarixinin ən titullu klubları- SİYAHIbackend

Dünyanın ən titullu klublarının siyahısı açıqlanıb.

Sportfan.az xəbər verir ki, cədvələ qatıldığı mötəbər yarışlarda ən çox qalib adına yiyələnən 15 klub daxil edilib.

Siyahıya Şotlandiya klubları başçılıq edir. 54 dəfə ölkə çempionu olan “Reyncers”in ümumilikdə 115 titulu var. Qlazqonun digər nəhəngi “Seltik”in uğurlarının sayı 110-a bərabərdir. Misir təmsilçisi “Əl-Əhli” də “100”ü arxada qoyub.

1. “Reyncers” (Şotlandiya) – 115
2. “Seltik” (Şotlandiya) – 110
3. “Əl-Əhli” (Misir) – 107
4. “Real” (İspaniya) – 90
5. “Barselona” (İspaniya) – 89
6. “Benfika” (Portuqaliya) – 83
7. “Əl-Faysal” (İordaniya) – 80
8. “Porto” (Portuqaliya) – 78
9. “Olimpiakos” (Yunanıstan) – 76
10. “Bavariya” (Almaniya) – 74
11. “Yuventus” (İtaliya) – 67
12. “Mançester Yunayted (İngiltərə) – 66
13-14. “Ayaks” (Niderland) – 64
“Anderlext” (Belçika) – 64
15. “Liverpul” – 63