Dünyanın ən varlı futbolçusu klubsuz qaldıbackend

 “Lester” klubunun bruneyli futbolçusu Faik Bolkiax komandadan ayrılıb.

Sportfan.az xəbər verir ki, müqaviləsi başa çatan 22 yaşlı yarımmüdafiəçi hazırda klubsuzdur.

2016-cı ildə “tülkülər”ə transfer edilən gənc oyunçu indiyə qədər əsas komandada meydana çıxmayıb.

Qeyd edək ki, Bolkiax dünyanın ən zəngin futbolçusu hesab edilir. Belə ki, o Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Ailənin ümumi sərvəti 20 milyard ABŞ dollarıdır.