Ektor Belyerin komandasını dəyişə bilərbackend

“Arsenal”ın müdafiəçisi Ektor Belyerin komandasını dəyişə bilər.

Sportfan.az xəbər verir ki, 25 yaşlı cinah oyunçusu artıq 3 klubdan təklif alıb.

İspaniya millisinin üzvü “Sevilya”, “İnter” və “Yuventus”un maraq dairəsinə düşüb. “Sevilya” rəhbərliyi bununla bağlı futbolçunun meneceri ilə artıq təmasa keçib. Sağ cinah oyunçusunun London klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Ektor Belyerin bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib, 1 qol vurub.