El-Şaravi yenidən Avropaya qayıdırbackend

“Şanxay Şenxua”nın hücumçusu Stefan El-Şaravi yenidən Avropaya qayıdacaq.

Sportfan.az xəbər verir ki, Çin klubu 28 yaşlı forvardın icarə əsasında başqa komandada oynamasına razılıq verib.

Artıq bir neçə klub Stefanın menecerliyini edən qardaşı Manuelə müraciət ünvanlayıb. Onlar arasında PSJ, “Yuventus”, “Arsenal” və “Roma” kimi klublar da var.

Qeyd edək ki, Stefan El-Şaravinin ötən il “Roma”dan keçdiyi “Şanxay Şenxua” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.