Elitanı tərk etdi-“Espanyol”backend

İspaniya La Liqasında XXXV tur davam edir.

Sportfan.az xəbər verir ki, ikinci gündə 3 oyun baş tutub.

Çempionlar Liqasına vəsiqə iddiasını davam etdirmək istəyən “Vilyarreal” turnir cədvəlindəki qonşusu “Xetafe”yə qalib gəlib.

Kataloniya derbisində “Barselona” autsayder “Espanyol”u sınağa çəkib. “Nou Kamp”dan məğlub dönən “Espanyol”un elitanı tərk edəcəyi dəqiqləşib.

Turun digər oyunları 9-10 iyulda keçiriləcək.

İspaniya La Liqası
XXXV tur
8 iyul
“Betis” – “Osasuna” – 3:0
Rodriges, 4; Padraza, 25; Alena, 90+7
“Xetafe” – “Vilyarreal” – 1:3
Duro, 80 – Kazorla, 63 (pen.), 85 (pen.); Pena, 90+3
“Barselona” – “Espanyol” – 1:0
Luis Suares, 56