Emin Ağalarov “Qarabağ” formasında – Şəkilbackend

Rusiyada yaşayan Azərbaycanın xalq artisti Emin Ağalarov “Qarabağ”a dəstəyini göstərib.

Sportfan.az xəbər verir ki, o, şəxsi İnstaqram hesabında Ağdam klubunun formasında şəklini paylaşıb. Müğənni şəkli ölkəmizin bayrağı və birlik simvolu ilə izləyicilərinə çatdırıb.

Qeyd edək ki, Emin Ağalarovun İnstaqramda 1 milyon 900 min izləyicisi var.