Ən çox gəlir əldə edən klublar – SİYAHIbackend

2019/20 mövsümündə ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.

Sportfan.az saytının məlumatına görə, cədvələ İspaniya “Barselona”sı başçılıq edir.

La Liqa təmsilçisi mövsüm ərzində 840,8 milyon avro gəlir götürüb. Ötən mövsümdəki göstəricisini 22 faiz yaxşılaşdıran kataloniyalılar öz rekordlarını yeniləyib.

Ən çox gəlir əldə edən 10 klub (milyon avro ilə):
1. “Barselona” – 840,8
2. “Real” – 757,3
3. “Mançester Yunayted” – 711,5
4. “Bavariya” – 660,1
5. PSJ – 635,9
6. “Mançester Siti” – 610,6
7. “Liverpul” – 604,7
8. “Tottenhem” – 521,1
9. “Çelsi” – 513,1
10. “Yuventus” – 459,7