“Vilyarreal”ın futbolçusu Enes Ünal “Hetafe”yə transfer olunub .
Sportfan.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017-ci ildə “Tvente”dən “Vilyarreal”a transfer olunan 23 yaşlı hücumçu son 2 mövsümü icarə əsasında “Levante” və “Real Valyadolid”də keçirib.