Ermənistan uduzdu, Gürcüstan qalib gəldi – Milletler Liqasıbackend

Bu gün Millətlər Liqasında I tura yekun vurulacaq.

Sportfan.az xəbər verir ki, sentyabrın 3-də start götürən turun son günündə 9 oyun keçiriləcək.

Günün mərkəzi görüşü “Ölüm qrupu”nda baş tutacaq. A liqasının 3-cü qrupunda Avropa çempionu və Millətlər Liqasının qalibi Portuqaliya ilə dünya vitse-çempionu Xorvatiya görüşəcək. Qrupun digər matçında dünya çempionu Fransa İsveçi sınağa çəkəcək.

A liqasının 2-ci qrupunda İngiltərə İslandiyanın, Belçika Danimarkanın qonağı olacaq. C liqasında da 4 matç təşkil olunacaq.

Azərbaycan yığması evdə Lüksemburqla görüşəcək. Komandamızın digər rəqibləri Kipr və Monteneqro birincilərin meydanında üz-üzə gələcək. Liqanın 2-ci qrupunda Gürcüstan Estoniyanın, Ermənistan Şimali Makedoniyanın qonağı olacaq. Cəbəllütariq və San-Marino D liqasında qarşılaşacaq.

Qeyd edək ki, Millətlər Liqasında II tura sentyabrın 6-da start veriləcək.

Millətlər Liqası
I tur
5 sentyabr

C liqası, 2-ci qrup
17:00. Şimali Makedoniya – Ermənistan – 2:1

Alioski, 5 (pen.), Nestorovski, 38 (pen.) – Barsegyan, 90+4 (pen.)
20:00. Estoniya – Gürcüstan – 0:1
Katçarava, 32

D liqası, 2-ci qrup
17:00. Cəbəllütariq – San-Marino – 1:0

Torilya, 42

A liqası, 2-ci qrup
20:00. İslandiya – İngiltərə – 0:1

Sterlinq, 90+1 (pen.)
22:45. Danimarka – Belçika

C liqası, 1-ci qrup
20:00. Azərbaycan – Lüksemburq – 1:2

Şeydayev, 43 – Krivotsyuk, 48 (avtoqol), Rodriges, 72
20:00. Kipr – Monteneqro – 0:2
Yovetiç, 60, 73

A liqası, 3-cü qrup
22:45. Portuqaliya – Xorvatiya
22:45. İsveç – Fransa