Əsgər salamı verən azərbaycanlı- Rəmzi 11-liyə düşdübackend

“Samtredia”da çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatında 6-cı turun rəmzi komandasında yer alıb.

Sportfan.az xəbər verir ki, “live.ge” nəşrinin hazırladığı siyahıya 28 yaşlı yarımmüdafiəçi “11-liy”ə hücumçu kimi daxil edib.

Xatırladaq ki, N.Qurbanov 6-c turda “Merani” ilə görüşdə (2:1) penaltidən fərqlənərək komandasının qələbə qolunu vurub.  O, qoldan sonra bu ay Tovuzda şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.