Farer adalarının iki klubu mərhələ adladı – Avropa Liqasındabackend

Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsinin daha 5 oyunu keçirilib.

Sportfan.az xəbər verir ki, əsasən UEFA reytinqi aşağı olan cırtdan ölkələrin komandaları mübarizə aparıb.

UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan B-36, “Runavik”, “Qlentoran”, “Kolreyn” və “İskra” I təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatıb.

“Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) oyunundan sonra mərhələnin bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) görüşü də ikincilərin futbolçusunda koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün təxirə salınıb.

Avropa Liqası
İlkin mərhələ
20 avqust

19:30. “Cent Cozefs” (Cəbəllütariq) – B-36 (Farer adaları) – 1:2
Boro, 30 – Przibilski, 28, Mellemqard, 43
21:00. “Runavik” (Farer adaları) – “Barri Taun” (Uels) – 5:1
Olsen, 52, 63, 74, Knudsen, 67, Lokin, 83 – Maklaqqon, 88
21:30. “Santa Koloma” (Andorra) – “İskra” (Monteneqro) – 0:0 (ə.v. 0:0, pen. 3:4)
22:00. “Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) – 1:0

Makdaid, 42
22:30. “Kolreyn” (Şimali İrlandiya) – “La Fiorita” (San-Marino) – 1:0
Maklauqlin, 89
23:00. “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) – təxirə salınıb