Fati İspaniya millisinin tarixinə düşdübackend

İspaniya millisinin üzvü Ansu Fati yığmanın tarixinə düşüb.

Sportfan.az xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turunda evdə Ukraynaya 4:0 hesabı ilə qalib gələn ispanların 3-cü qolunu vuran gənc futbolçu rekorda imza atıb.

32-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi millinin tarixində qol vuran ən gənc futbolçu olub. “Barselona”nın futbolçusu 17 yaş 311 günlüyündə buna nail olub. O, bununla 95 illik rekordu yeniləyib. Əvvəlki rekord 1925-ci ildə İsveçrə ilə oyunda qol vuran Xuan Errazquinə məxsus idi. O, 18 yaş 344 günlüyündə fərqlənib.