“Fənərbağça”nın futbolçusu İtaliya klubundabackend

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Mixa Zaytsı icarəyə verib.

Sportfan.az  “TRT Spor”a istinadən xəbər verir ki, 26 yaşlı sloveniyalı yarımmüdafiəçi karyerasını İtaliya “Cenoa”sında davam etdirəcək.

Anlaşmaya əsasən, oyunçu klubda 30 matçda meydana çıxsa, İtaliya təmsilçisi onu heyətinə qatmalı olacaq və qarşı tərəfə bunun üçün 3.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2019-cu ildə “Fənərbağça”ya keçən Mixa Zaytsın klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.