“Fənərbaxça” debutantla oyunda xal itirdibackend

“Fənərbaxça” Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Sportfan.az xəbər verir ki, İstanbul klubu 2-ci turda “Hatayspor”u qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

“Fənərbaxça” – “Hatayspor” – 0:0
Qırmızı vərəqələr:
 Ribeyro, 73, Sakey, 81 (“Hatayspor” – iki sarı vərəqə)

Bu nəticədən sonra xalını 4-ə çatdıran “Hatayspor” və “Fənərbaxça” müvafiq olaraq 7 və 8-ci pillədə qərarlaşıblar. Turnir cədvəlinə 6 xalla “Qalatasaray” başçılıq edir. “Alanyaspor” eyni xalla 2-ci, “Göztepe” 4 xalla 3-cüdür.