“Fənərbaxça” ilə razılıq əldə etdi- rusiyalı hücumçubackend

“Fənərbaxça” daha bir futbolçu ilə anlaşıb.

Sportfan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Lokomotiv”in hücumçusu Fyodor Smolov karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Klublar arasında razılığa əsasən, 30 yaşlı forvard 2020/21 mövsümünü icarə əsasında “sarı-lacivərdlilər”də keçirəcək. Bu, moskvalılara 1 milyon avro qazandıracaq. Rusiya millisinin sabiq üzvünün qazancı isə 1,5 milyon avro təşkil edəcək. “Fənərbaxça” həm də Smolovu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.Qeyd edək ki, “Fənərbaxça” “Kasımpaşa”nın hücumçusu Mame Baba Tiamı da transfer edib