“Fənərbaxça” yeni mövsümə qələbə ilə başladıbackend

Türkiyə Super Liqasında 2020/21 mövsümü start götürüb.

Sportfan.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutub.

I tura Rizədə start verilib. “Fənərbaxça” səfərdə “Rizəspor”la görüşüb. İstanbul təmsilçisi ilk yarıda hesabı açmağa yaxın olsa da, penalti şansını qaçırıb. Meydan sahibləri ikinci hissədə vurulan qolla önə keçsə də, “Fənərbaxça” 2 qol vuraraq əzmkar qələbə qazanıb.

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.

Türkiyə Super Liqası
I tur
11 sentyabr
“Rizəspor” – “Fənərbaxça” – 1:2

Şkoda, 59 – Gönül, 76, Sosa, 86 (pen.)