“Fənərbaxça”dan 2 milyon istəyir- “Roma”backend

İtaliyanın “Roma” klubunun futbolçusu Dieqo Perotti karyerasını Türkiyədə davam etdirə bilər.

Sportfan.az xəbər verir ki, yarımmüdafiəçi “Fənərbaxça”ya keçməyə yaxındır.

32 yaşlı italiyalının agentləri Super Liqa təmsilçisi ilə danışıqlar aparır. Perottinin nümayəndələri üç illik müqavilə imzalanmasını istəyir. Romalılar isə oyunçu üçün 2 milyon avro tələb edir.

Qeyd edək ki, yarımmüdafiəçinin xidmətində Rusiya “Spartak”ı da maraqlı idi.