“Fənərbaxça”dan  3-cü transfer- RƏSMİbackend

“Fənərbaxça” heyətinə daha bir futbolçu cəlb edib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Trabzonspor”la müqaviləsi başa çatan Filip Novak karyerasını İstanbul təmsilçisində davam etdirəcək. 30 yaşlı çexiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalandığı bildirilib.

F.Novak 2018-ci ildən “Trabzonspor”da çıxış edirdi. O, bu mövsüm 30 matçda iştirak edərək 7 ol vurub.

Qeyd edək ki, “Fənərbaxça” bu gün Mert Hakan Yandaş və Gökhan Gönülün də transferini açıqlayıb.