“Fənərbaxça”dan 6-cı transferbackend

“Fənərbaxça” yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə müqavilə ilə “Cenoa”ya məxsus olan Sinan Gümüşü transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Gümüş ötən mövsümün ikinci yarısını icarə əsasında “Antalyaspor”da keçirib və 13 matçda 5 qol vurub, 1 qolun ötürməsini verib. O, 2014-2019-cu illərdə “Qalatasaray”da oynayıb.

Xatırladaq ki, “Fənərbaxça” bundan əvvəl Mert Hakan Yandaş, Filip Novak, Gökhan Gönül, Caner Erkin, Mame Tiamı transfer edib.