“Fənərbaxça”dan ayrılan futbolçu İtaliya klubuna keçdibackend

“Fənərbaxça”dan ayrılan Tolgay Arslan “Udineze”yə transfer olunub.

Sportfan.az A seriyası təmsilçisinin saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.Qeyd edək ki, T.Arslan ötən ilin yanvarında “Fənərbaxça” ilə 3,5+1 illik müqavilə imzalamış və bu ay İstanbul klubundan ayrılmışdı. O, bu komandada 33 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.