“Fənərbaxça”nın futbolçusunu transfer etmək istəyir-  “Lion”backend

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Luis Qustavo karyerasını Fransada davam etdirə bilər.

Sportfan.az xəbər verir ki, ötən yay “Marsel”dən 6 milyon avroya transfer olunan futbolçu Liqa1-in digər klubu “Lion”a keçməyə yaxındır.

İstanbul klubu da ildə 2,7 milyon avro ödədiyi braziliyalını satmaqla maaşlarda qənaətə nail olmaqda maraqlıdır. “Lion”un 5 milyonluq transfer təklifini rədd edən “Fənərbaxça” bu rəqəmin 7-8 milyona yüksəlməsini istəyir.

Qeyd edək ki, Qustavo “Fənərbaxça”dakı ilk mövsümündə 32 matçda 3 qol vurub.