Ferran Torresin keçidini razılaşdırdı- “Mançester Siti”backend

İngiltərənin “Mançester Siti” klubu Ferran Torresin keçidini razılaşdırıb.

Sportfan.az xəbər verir ki, İspaniya “Valensiya”sının yarımmüdafiəçisinin transferi 25 milyon avroya başa gəlib.

Bu məbləğ bonuslar hesabına 10 milyon avro arta da bilər. Bu keçid yay “transfer pəncərəsi”ndə rəsmiləşəcək.

Qeyd edək ki, 20 yaşlı futbolçu “Valensiya”nın yetirməsidir. O, 2019/20 mövsümündə 34 matçda 4 qol vurub.