Fil Nevilin oğlu “Mançester Yunayted”- RƏSMİbackend

“Mançester Yunayted” sabiq futbolçusu Fil Nevilin oğlu ilə müqavilə bağlayıb.

Sportfan.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubun akademiyasının yetirməsi olan Harvi Nevillə 1 illik peşəkar müqavilə imzalanıb. Harvi bununla bağlı sosial mediada paylaşım edib və bu müqaviləni bağlamaqdan qürur hissi keçirdiyini yazıb.

O, klubun əfsanələri arasında yer alan atası Fil və əmisi Hari kimi müdafiə mövqeyində oynayır