“Fiorentina” evdə qələbə qazandı- “Roma”dan  xal itkisibackend

İtaliya A seriyasında 2020/21 mövsümünə start verilib.

Sportfan.az xəbər verir ki, mövsümün və I turun açılış oyunu Florensiyada keçirilib.

Doğma arenasında “Torino”nu qəbul edən “Fiorentina” ikinci hissədə vurduğu yeganə qolla aktivinə 3 xal yazdırıb. Mövsümün ilk qolunun müəllifi Qaetano Kastrovilli olub.

Günün digər qarşılaşmasında “Roma” Verona səfərində eyniadlı komanda ilə qolsuz bərabərə qalıb.

Tur sabah baş tutacaq 4 oyunla davam edəcək.

İtaliya A seriyası
I tur
19 sentyabr
“Fiorentina” – “Torino” – 1:0

Kastrovilli, 78
“Verona” – “Roma” – 0:0