“Fiorentina”dan “Sparta”yabackend

İtaliyanın “Fiorentina” klubu müdafiəçisi David Hantsko ilə yollarını ayırıb. Sportfan.az xəbər verir ki, 23 yaşlı slovak futbolçu Çexiya “Sparta”sı ilə müqavilə bağlayıb.

Praqa təmsilçisi 2019-cu ilin yayında bu müdafiəçini “Fiorentina”dan icarəyə götürmüşdü. Çexiya klubu futbolçunu satınalma şərti ilə icarəyə götürdüyündən, bu yay müqavilədəki həmin bənddən yararlanmağa qərar verib. Belə ki, Florensiya klubundan futbolçunun transfer hüquqlarını alan “Sparta”, Hantsko ilə 2024-cü ilin yayına kimi yeni müqavilə bağlayıb.

Qeyd edək ki, Hantsko 2018-ci ildə “Fiorentina” yetirməsi olduğu “Jilina”dan “Fiorentina”ya transfer edilmişdi. Slovakiya yığmasının da üzvü olan mərkəz və sol cinah müdafiəçisi, Florensiya təmsilçisində cəmi 5 rəsmi oyuna çıxıb.