Flikdən çempionluq şərhibackend

“Çox sürətli oyun oldu. Hər iki tərəfin şansları var idi. Bizi bir neçə dəfə qoldan xilas edən dünyanın ən yaxşı qapıçısına malikik”.

Sportfan.az xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının finalında PSJ-yə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

Almaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında futbolçularının PSJ kimi güclü bir komandaya qarşı düzgün oynadığını bildirib: “Oyunumuz əla idi. Görüşdən əvvəl çoxları bizdən PSJ-nin hücumlarına qarşı necə müdafiə olunacağımızı soruşurdu. Bu planda çox yaxşı çalışdıq. Komanda işə düzgün yanaşdığını göstərdi. Bunu görmək xoşdur”.

Flik komandanın qələbə qolunu vuran Kinqsli Koman haqda da danışıb:”Nəhayət bu mövsüm onun Robben və Riberinin kölgəsindən çıxdığını görə bilərik. Kinqslidə inanılmaz istedad var. O, bu gün qol vurmaq istedadının olduğunu göstərdi”.