“Formula 1”lə bağlı hazırlıq işləri bitir- VİDEObackend

“Formula 1” üzrə Azərbaycan Qran Prisinin startına çox az müddət qalıb.

Sportfan.az xəbər verir ki, yarışla əlaqədar “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti də dayandırılıb.

Artıq pilotların yürüşə çıxacağı trekdə son tamamlanma işləri gedir.

Yarışla bağlı işçi qrupu artıq paytaxtımızdadır. Qran Prinin iştirakçıları isə iyunun 2-nə kimi küləklər şəhərinə təşrif buyuracaqlar. Bunlar Formula 1-in 10 komandasının 20 pilotu və Formula 2-nin 11 kollektivinin 22 üzvüdür.

Ətraflı “Real Tv”nin süjetində: