Formula 2-nin qalibi bəlli oldubackend

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi məlum olub.

Sportfan.az xəbər verir ki, “Hitech Grand Prix”dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Prema Racing”dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, saat 14:10-da “Formula 1″də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.