Fransa klubunda yeni baş məşqçibackend

Montpellier-nin yeni baş məşqçisi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, bu vəzifəyə Brest-dən ayrılan Olivye Dallolyo təyin olunub. O, istefaya göndərilən Mişel Ter-Zakaryanı əvəzləyib.

Qeyd edək ki, Montpellier 2020/2021 mövsümündə Fransa çempionatını 8-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.