Bu gün Millətlər Liqasında II tura yekun vurulacaq.
Sportfan.az xəbər verir ki, turun son günündə 9 qarşılaşma baş tutacaq.
A liqasında 2-ci qrupda Belçika İslandiyanı, Danimarka İngiltərəni qəbul edəcək. 3-cü qrupda Fransa ilə Xorvatiya, İsveçlə Portuqaliya görüşəcək.
C liqasında da 4 matç oynanılacaq. Azərbaycan yığması 1-ci qrupda Kiprin qonağı olacaq. Rəqiblərimiz Lüksemburq və Monteneqro qrup liderliyi uğrunda mübarizə aparacaq. 2-ci qrupda Gürcüstan Şimali Makedoniya, Ermənistan Estoniya ilə görüşəcək.
D liqasında San-Marino və Lixtenşteyn ilk xal üçün mübarizə aparacaq. 2-ci qrupun digər komandası Cəbəllütariq bu turda istirahət edəcək.
Qeyd edək ki, Millətlər Liqasında növbəti oyunlar oktyabrın 8-13-də keçiriləcək. 6 gün ərzində iki tur baş tutacaq.
Millətlər Liqası
II tur
8 sentyabr
C liqası, 2-ci qrup
18:00. Gürcüstan – Şimali Makedoniya
20:00. Ermənistan – Estoniya