Fransalı futbolçu üçün 50 milyon avro- “Mançester Siti”dənbackend

İngiltərənin “Mançester Siti” klubu Fransa U-21 millisinin və İspaniya “Sevilya”sının futbolçusu Jül Kundeni transfer etməyə yaxındır.

Sportfan.az xəbər verir ki, 21 yaşlı mərkəz müdafiəçinin keçidi 50 milyon avroya başa gələcək.

Bu məbləğ bonuslar hesabına daha da arta bilər. Düzdür, Kundenin müqaviləsində onun keçid qiyməti kimi 80 milyon avro göstərilib. Lakin tərəflər daha aşağı məbləğdə razılaşmağa yaxındır. Kunde İspaniya nəhəngləri “Real” və “Barselona”nın da maraq dairəsində olsa da, Premyer Liqa klubu onları qabaqlaya bilib.

Qeyd edək ki, “Sevilya” Jülü 2019-cu ilin yayında “Bordo”dan 25 milyona alaraq 5 illik müqavilə imzalayıb.