Fransalı oyunçu hücuma məruz qaldı- avtomobili yandırıldıbackend

Fransanın “Brest” komandasının futbolçusu Ronael Pyer-Qabriel hücuma məruz qalıb.

Sportfan.az Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi hadisə vaxtı yaralanıb və onun avtomobili yandırılıb.

Fransalı oyunçunun avtomobili tamamilə yararsız hala düşüb.

Qeyd edək ki,  Ronael Pyer-Qabriel müqavilə ilə Almaniyanın “Maynts” klubuna məxsusdur, o, icarə əsasında “Brest”də çıxış edir.