Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub- Ukraynadabackend

Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Andrey Pavelko koronavirusa yoluxub.

Sportfan.az xəbər verir ki, bunu 45 yaşlı funksioner öz Feysbuk səhifəsində açıqlayıb. O, özünü yaxşı his etdiyini və federasiyanın işlərini nəzarətdə saxladığını bildirib. Qeyd edib ki, son bir neçə gündə görüşdüyü insanlar müəyyən edilib və onlardan analiz götürülüb.

Qeyd edək ki, Andrey Pavelko 2015-ci ildən UFF prezidenti, 2019-cu ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür.