Futbolumuzla bağlı yeni kitab işıq üzü gördü – Şəkilbackend

Azərbaycanın tanınmış jurnalisti, iki dəfə Əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı, “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatları laureatı Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” adlı kitabı işıq üzü görüb.

Sportfan.az-ın xəbərinə görə, kitabda Ş.Yaqubovun mətbuatda dərc olunan yazıları toplanıb. Kitabda müəllif Azərbaycan futbolunun yaxın keçmişi ilə bağlı maraqlı məqamlara toxunub.

“İdman mövzusunda vaxtı ilə yazdıqlarımı bir də gözdən keçirdim və onların əksəriyyətinin bu gün də aktuallığını, praktik əhəmiyyətini qoruyub saxladığını gördüm” – deyə müəllif bildirib.

Qeyd edək ki, kitabın rəyçisi Azərbaycanın Əməkdar məşqçisi Vaqif Sadıqov, redaktoru Əməkdar jurnalist Elşən Əliyevdir.