Galatasaray 4 futbolçusu ilə vidalaşdı, 8-nin müqaviləsi başa çatırbackend

Galatasaray-da baş məşqçi Fatih Terimin taleyinin bəlli olmaması klubun transfer planlarını alt-üst edib.

sportfan.az xəbər verir ki, İstanbul təmsilçisində 12 futbolçunun müqaviləsi başa çatır.

“Sarı-qırmızılar”da icarə əsasında çıxış edən Halil Dervişoğlu, Gedson Fernandeş, Marselo Saraççi və Oqenekaro Etebo ilə yollar ayrılıb.

Digər tərəfdən, icarəyə götürülmüş Henri Onyekurunun “sonradan uzadıla bilməsi şərti ilə” maddəsindən istifadə edilib-edilməyəcəyi bəlli deyil.

Komandada Arda Turan, Rayan Donk, Ömər Bayram, Martin Linnes, Şener Özbayraklı, Emre Akbaba və Emre Taşdemirin sözləşmələri mayın 31-də bitir. Bu futbolçuların da hər hansı biri ilə bağlı qərar verilməyib.

Qeyd edək ki, Galatasaray çempionatın sonunda Beşiktaş qədər – 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldən verib. (report)