Gündə 5 dəfə ibadət edən komanda yoldaşlarım var idi- “Keşlə”nin sabiq futbolçusubackend

“Deportivo Lara”dakı ilk aylarım möhtəşəm idi, amma martın sonlarına yaxın maaş problemləri olmağa başladı. Bizim pullarımızı ödəmirdilər, rəhbərliklə problemim yarandı. Sonra Azərbaycandan təklif gəldi və mən də tərəddüd etmədən qəbul etdim”.

SPORTFAN.AZ xəbər verir ki, bu sözləri “Keşlə”nin sabiq futbolçusu Lorenzo Frutos deyib.

Paraqvaylı hücumçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycandakı çıxışını müsbət qiymətləndirib: “Mənim üçün çox yaxşı təcrübə oldu. Ancaq Premyer Liqa tamamlanmadı, koronavirusa görə mövsüm ləğv olundu. 6 qol vurdum və komandam Avropa Liqasına vəsiqə qazandı”.

31 yaşlı forvard Azərbaycan dilini öyrənməyin çətinliyindən və ölkəmizin dinə bağlılığından da danışıb: “Azərbaycan dilində danışmaq mümkünsüzdür, həqiqətən çox çətindir. Türk dilinə oxşayan çox qarışıq yerli dildir. Əhalinin bir hissəsi rusca da danışır. Gündə 5 dəfə ibadət edən komanda yoldaşlarım var idi. Diqqətimi çəkən şey sahib olduqları dini intizam oldu. Hər yerdə ibadət edəcək komanda yoldaşlarım var idi. Əvvəl bunu başa düşmürdüm, amma sonradan dərk etdim. Azərbaycan müsəlman ölkəsi olsa da, digərləri ilə müqayisədə daha açıqdır. Çünki daha qapalı ölkələr də var”.

Qeryd edək ki, 2019-cu ilində “Keşlə”yə gələn Frutos bu yay komandadan ayrılıb.