Hakim qərarlarından ən çox fayda görən klub- “Real”backend

İspaniya La Liqasında geridə qalan 2019/20 mövsümü ilə bağlı araşdırma aparılıb.

Sportfan.az xəbər verir ki, hakimlərin idarəçilikləri və verdikləri qərarlarla bağlı statistika tutulub.

Məlum olub ki, cərimələr, vərəqələr və digər göstəricilərdə mövsüm ərzində hakim qərarlarından ən çox fayda görən klub “Real” olub. İlk “beşlik”də həmçinin müvafiq olaraq “Atletiko”, “Selta”, “Sevilya” və “Vilyarreal” yer alıb.

Mövsümü ikinci pillədə tamamlayan “Barselona” isə bu baxımdan 15-ci pillədə qərarlaşıb. Kataloniya klubu 1995/96 mövsümündən bəri ilk dəfə üç əsas göstəricidə (penalti, qırmızı vərəqə, sarı vərəqə) mənfi balansla çempionatı bitirib.

Qeyd edək ki, La Liqada mövsümü 87 xalla “Real” çempion kimi tamamlayıb.