Hakimlikdən narazı qaldı – Kipr yığmasının məşqçisibackend

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Kipr – Azərbaycan matçından sonra meydan sahibləri hakim idarəçiliyindən narazı qalıb.

Sportfan.az xəbər verir ki, Nikosiyada millimizə 0:1 hesabı ilə məğlub olan kiprlilər qarşılaşmanın ardından bunu Slovakiyadan olan hakimlər briqadasına çatdırıblar.

Konkret olaraq baş məşqçi Yohan Valemin köməkçisi Mixalis Konstantinou final fiti çalınan kimi, baş hakim Filip Qlova və onun köməkçisinə yaxınlaşaraq, sərt şəkildə narazılığını dilə gətirib.

Qeyd edək ki, GSP stadionunda keçirilən görüşdə yığmamızın qələbə qolunu kapitan Maksim Medvedev vurub.