Haverts “Çelsi”yə hə dedibackend

“Bayer”in yarımmüdafiəçisi Kay Havertsin “Çelsi”yə transferi reallaşmaq üzrədir.

Sportfan.az xəbər verir ki, 21 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə ilkin razılığa gəlib.

Haverts “Çelsi”yə keçmək üçün “Bayer” rəhbərliyinə də artıq müraciət edib. “Zafəganlar” isə transferi həyata keçirmək üçün bu həftə Leverkuzenə nümayəndələrini göndərəcək. Bundesliqa klubu onun keçidindən 80-90 milyon avroluq gəlir götürməyi planlaşdırır.