Havertslə razılığa gəlib- Premyer Liqa klububackend

“Bayer”in yarımmüdafiəçisi Kay Haverts “Çelsi” ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu ilə uzun sürən danışıqlar müsbət yekunlaşıb.

Almaniya millisinin üzvü londonluların 5 illik müqavilə təklifini qəbul edib. Anlaşmaya əsasən, transfer reallaşarsa, futbolçunun illik məvacibi 10 milyon avro olacaq. Premyer Liqa təmsilçisi leverkuzenlilərin də razılığını almaq üçün Bundesliqa klubu ilə danışıqları intensivləşdirib. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.Qeyd edək ki, Kay Haverts 2016-cı ildən “Bayer”in əsas komandasındadır.