Həbib məşqlərə başladıbackend

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk dəfə məşqləri bərpa edib.

Sportfan.az xəbər verir ki, bu barədə rusiyalı idmançı özünün “Instagram” səhifəsində paylaşım edib.

“Məşqlər davam edir”, – o yazıb.

Qeyd edək ki, Nurməhəmmədovun atası iyulun 3-də koronavirus səbəbindən dünyasını dəyişib. Həbib növbəti döyüşünü oktyabrın 24-də müvəqqəti çempion Castin Geyciyə qarşı keçirəcək. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.