Həftənin oyunçusu açıqlandı-  Çempionlar Liqasındabackend

UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, bu ada “Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri yarımfinal mərhələsindəki performansı ilə layiq görülüb.

25 yaşlı hücumameyilli oyunçu azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. O, komanda yoldaşı Robert Levandovski, həmçinin PSJ-nin oyunçuları Neymar ilə Anxel Di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya”nın “Lion”u 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın ilk 2 qoluna Qnabri imza atıb.