Henrik Larsson  “Barselona”da – Rəsmibackend

“Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın köməkçiləri məlum olub.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Henrik Larsson və Alfred Şroyder Kataloniya təmsilçisində məşqçi kimi çalışacaqlar. Onların hər ikisi ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İsveç futbolunun canlı əfsanəsi Henrik Larsson 2004-2006-cı illərdə “Barselona”da çıxış edib. Niderlandlı Şroyder isə son olaraq (2019-2020 mövsümü) Almaniyanın “Hoffenhaym” klubunu çalışdırıb.