Hər birimiz bir əsgər olmağa hazırıq- Zabit Səmədovbackend

Tovuzda baş verən son hadisələrə məşhur kikboksçumuz Zabit Səmədov da biganə qalmayıb.

Sportfan.az xəbər verir ki, Zabit Səmədov sosial şəbəkədə etdiyi paylaşımda gedən döyüşlərin Aprel savaşından sonra ermənilərin ikinci məğlubiyyəti olduğunu bildirib:

“Mən, Zabit Səmədov, bir idmançı kimi, bir vətəni Azərbaycanı sevən xalqının oğlu kimi, Azərbaycan ordusuna dəstək olmağa çağırıram. Mənfur erməni düşmənlərinin budəfəki təxribatı da onlara baha başa gəldi. Bu, son zamanlar onların ikinci məğlubiyyətidir, üçüncünü Xankəndidə görəcəklər.

Mən bütün Azərbaycan gənclərini prezidentimiz İlham Əliyevə bu ağır vaxtlarda dəstək olmağa çağırıram. Biz bu çətin zamanda birlik göstərməliyik. Hər birimiz bir əsgər olmağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Yaşasın Azərbaycan!”.