Hücumçusunu 20 milyon avroya satır- “Barselona”backend

“Barselona”nın futbolçusu Martin Braytuayt karyerasını “Vest Hem”də davam etdirə bilər.

Sportfan.az İspaniya mətbuatına  istinadən xəbər verir ki, transferlə bağlı klublar arasında danışıqlar inkişaf mərhələsindədir. Transfer gerçəkləşəcəyi təqdirdə, İngiltərə təmsilçinin təxminən 20 milyon avro təzminat ödəməsi gözlənilir.

Qeyd edək ki, “Barselona” fevralda 29 yaşlı hücumçunu 18 milyon avroya “Leqanes”dən alıb. O, Kataloniya təmsilçisində 11 oyunda 1 qol vurub.