İbrahimoviç futboldan uzaqlaşdırıla bilərbackend

İsveç millisinin və “Milan”ın hücumçusu Zlatan İbrahimoviç FİFA və UEFA-nın müəyyən etdiyi qaydaları pozduğuna görə uzun müddət futboldan kənarlaşdırıla bilər.

Sportfan.az “Sportbladet”ə istinadən xəbər verir ki, 2018-ci ildən bəri 39 yaşlı forvard tamamilə ona məxsus olan “Unknown AB” şirkəti vasitəsilə “Bethard” bukmeker şirkətinin yüzdə 10 hissəsinə sahibdir.

FİFA və UEFA-nın qaydalarına görə, futbolçuların bukmeker kontorlarında maraqları varsa, bu qurumların himayələrindəki yarışlarda iştirak edə bilməzlər.  İbrahimoviç isə  “Milan”la Avropa Liqa oyunlarında milli ilə DÇ-2022-nin seçmə mərhələsinin matçlarında meydana çıxaraq qaydanı pozub.

“Bethard” İbrahimoviçin hələ də şirkətdəki paya sahib olduğunu təsdiqləyib. Reqlamentin pozulmasına görə hücumçu 100 min avroya qədər cərimələnə və 3 ilə qədər futbolla əlaqəli hər hansı bir fəaliyyətdən kənarlaşdırıla bilər.

“Bethard” İsveç millisinin İbrahimoviçin iştirak etdiyi Gürcüstan və Kosovoya qarşı matçlarına mərc təklif edib. Bundan əlavə, bukmerker şirkəti müntəzəm olaraq A seriyasındakı oyunlara mərc edə bilər. İsveç Futbol Federasiyası mövcud maraqların toqquşması barədə bir neçə ildir məlumatlıdır.