İbrahimoviç koronavirusa yoluxdubackend

“Milan”ın futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb.

Sportfan.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun testi müsbət nəticələnib.

Klubun bunu yaxın saatlarda rəsmən açıqlayacağı gözlənilir. Karantinə alınanan hücumçu bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Bodo Qlimt”lə (Norveç) qarşılaşmanı buraxacaq.

Xatırladaq ki, ötən gün komandanın braziliyalı müdafiəçisi Duartenin də koronavirusa yoluxduğu açıqlanıb.