İbrahimoviç “Milan”la yeni müqavilə bağlayırbackend

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin komandada qalacağı dəqiqləşib.

Sportfan.az xəbər verir ki, isveçli forvardın klubla başa çatan müqaviləsinin yenilənməsi qərara alınıb.

Tərəflər arasında bu gün baş tutan görüşdə hərtərəfli razılıq əldə olunub. Bu həftənin sonuna qədər 39 yaşlı oyunçu “rossonyerlər”lə yeni 1 illik sazişə qol çəkəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç “Milan”a bu ilin əvvəlində “Los-Anceles Qalaksi”dən keçib.