İbrahimoviçin qalmasını istəyir- Stefano Piolibackend

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komandada qala bilər.

Sportfan.az xəbər verir ki, isveçli forvard gələn mövsümü də “rossonyerlər”in heyətində keçirmək arzusundadır.

Stefano Piolinin baş məşqçi postunda qalması 39 yaşlı superulduzun istəyinin reallaşmasına səbəb ola bilər. Çünki Pioli veteran oyunçunun xidmətində hələ də maraqlıdır. Klub rəhbərliyi də müsbət cavab verərsə, İbra yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, “Milan”a bu ilin yanvarında qayıdan Zlatan İbrahimoviç A seriyasında 15 oyun keçirib, 7 qol, 2 assistlə yadda qalıb.