İdman ictimaiyyətindən əsgərlərimizə dəstəkbackend

Azərbaycanın idman ictimaiyyəti iyulun 12-də Ermənistanla dövlət sərhədinin Tovuz rayonu hissəsində düşmən tərəfinin təxribatı nəticəsində yaşanan hadisələrə biganə qalmayıb.

Sportfan.az xəbər verir ki, müxtəlif idman növləri üzrə federasiyalar, Premyer Liqa klubları, eləcə də Azərbaycan İdman Jurnalistləri Federasiyası social şəbəkələrdəki rəsmi hesabları vasitəsilə Milli Ordumuza dəstək nümayiş etdiriblər.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçulara Allahdan rəhmət, yaralılara isə şəfa arzulanıb.

Qeyd edək ki, dünənki döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, yaralılarımız var.